...

Myanma paytaxtı yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 14 Aprel 2025 07:16 (UTC +04:00)
Myanma paytaxtı yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Myanmanın paytaxtı Naypyitaw şəhərindən 10 kilometr qərbdə 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə məlumatı Tailandın Meteorologiya Departamenti yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:02-də (Moskva vaxtı ilə 13 aprel, saat 23:02) baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bundan əlavə, ölkənin bir neçə bölgəsində 3,4-3,9 bal gücündə təkanlar hiss olunub.

Dağıntı və insan tələfatı ilə bağlı məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti