...

Tacikistanda ard-arda zəlzələlər zamanı 100-dək ev dağılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 14 Aprel 2025 09:33 (UTC +04:00)
Tacikistanda ard-arda zəlzələlər zamanı 100-dək ev dağılıb (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistanda aprelin 13-də arda-arda baş verən zəlzələlər nəticəsində 100-ə yaxın ev və tikili dağılıb.

Trend xəbər verir ki, bu barədə Tacikistan hökuməti nəzdində fəaliyyət göstərən Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi məlumat yayıb.

Kütləvi dağıntıların Rəşt və Tacikabad rayonlarında qeydə alındığı bildirilir. Rəşt rayonunda 40 yaşayış evi yerlə-yeksan olub.

“Əldə olunan ilkin məlumatlara görə, Təcikabad rayonunda ümumilikdə 54 yaşayış evi tamamilə dağılıb, 45 ev qismən zədələnib, 61 evə və 2 ümumtəhsil müəssisəsinin binasına yüngül ziyan dəyib, 196 yardımçı tikili tamamilə dağılıb, 3 çayxana və 1 tibb müəssisəsi isə qismən zədələnib”, – deyə qurum bildirib.

xxx

08.50

Tacikistanda son iki gündə artıq beşinci zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə məlumatı ölkə hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi (FHN) yayıb.

Komitənin açıqlamasına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:44-də (Bakı vaxtı ilə 03:44) qeydə alınıb. Zəlzələnin gücü episentrdə 3-4 bal, Rəşt rayonunda isə 3 bal təşkil edib.

“İlkin məlumatlara əsasən, tələfat və dağıntı qeydə alınmayıb,” – FHN-dən bildirilib.

Tacikistan Milli Elmlər Akademiyasının Geofizika Xidməti isə qeyd edib ki, zəlzələnin episentri Düşənbədən 156 km şimal-şərqdə, Rəşt rayonundan 18 km şərqdə yerləşib.

Xəbər lenti

Xəbər lenti