...

Jan-Fransua Mansel: Azərbaycanın seçki təcrübəsi daha da təkmilləşir

Seçki 2015 Materials 28 Oktyabr 2015 09:24 (UTC +04:00)
“Azərbaycanı sevməyən qüvvələr bu ölkəyə qarşı təzyiq və manipulyasiyalara əl atacaqlar”.
Jan-Fransua Mansel: Azərbaycanın seçki təcrübəsi daha da təkmilləşir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Azərbaycanı sevməyən qüvvələr bu ölkəyə qarşı təzyiq və manipulyasiyalara əl atacaqlar". Trend-in məlumatına görə, bunu Secki-2015.az saytına açıqlamasında Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.

O bildirib ki, Azərbaycan Respublikasında müstəqillik tarixinin beşinci parlament seçkiləri keçirilir: "Bu gənc, demokratik ölkə üçün fürsətdir. Hər parlament seçkilərində seçki təcrübəsi daha da təkmilləşir, plüralizm möhkəmlənir. Bu seçkilərdə də eyni hal müşahidə olunacaq. Ümid edirəm ki, müşahidəçilər və şərhçilər ikili standartlardan uzaq olacaqlar".

Onun sözlərinə görə, Azərbaycana qarşı qarayaxma cəhdləri edən dairələr unudurlar ki, onların özlərinin parlamentarizm təcrübələri bəzən kifayət etmir: "Bunu edənlər digər öz tarixləri boyu Azərbaycanın qarşılaşdığı çətinlik və təzyiqlərlə üz-üzə gəlməyiblər".

Fransa Milli Assambleyasının üzvü söyləyib ki, müasir demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da icraedici hakimiyyət ölkənin siyasi xəttinin müəyyən edilməsində ciddi rol oynayır: "Buna görə də parlament seçkilərinin müzakirə meydanına çevrilməsi vacibdir. Eyni zamanda ölkənin digər vacib məsələləri var ki onların da öhdəsindən gəlmək o qədər də asan deyil. Bu məsələlərə gərgin beynəlxalq şəraitdə müstəqilliyin qorunub saxlanması, Dağlıq Qarabağ üzərində nəzarətin bərpası və bütün bunların fonunda beynəlxalq əlaqələrin inkişafı daxildir".

Jan-Fransua Mansel sonda bütün seçki iştirakçılarına və Azərbaycan xalqına səmimi qəlbdən uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti