...

KATV 1: Rusiya kanallarının yayımı profilaktik tədbirlərə görə dayandırılıb

Gündəm Materials 17 Yanvar 2019 10:55 (UTC +04:00)
Rusiya kanallarının Azərbaycanda yayımında yaranan problem "KATV" kabel televiziyasına aidiyyəti yoxdur.
KATV 1: Rusiya kanallarının yayımı profilaktik tədbirlərə görə dayandırılıb

Bakı. Samir Əli - Trend:

Rusiya kanallarının Azərbaycanda yayımında yaranan problem "KATV 1" kabel televiziyasına aidiyyəti yoxdur.

Bu barədə Trend-ə açıqlamasında "KATV 1"nin mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda "KATV 1"nin yayımında heç bir problem yoxdur: "Cəmi bir binada küləklə bağlı problem yaranmışdı, həmin problem də əməkdaşlarımız tərəfindən aradan qaldırılır. Hazırda bizdə yayım davam edir. Azərbaycan və Türkiyə kanalları normal qaydada yayımlanır. Rusiya kanallarının yayımında yaranan problem isə həmin kanallarda aparılan profilaktik tədbirlərlə əlaqədardır. Yayım isə müvəqqəti dayanıb. Günorta saatlarında bu kanalların yayımı bərpa olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti