...

Vilayət Eyvazov: Azərbaycanda insan orqanlarının satışı ilə bağlı məlumatlar yayılsa da, təsdiqini tapmır

Gündəm Materials 3 May 2019 13:13 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının təqdimatı zamanı Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov deyib.

V.Eyvazov qeyd edib ki, bəzi hallarda böyrək və digər orqanların satışı ilə bağlı məlumatlar yayılsa da, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır.

Milli Koordinatorun sözlərinə görə, hazırda Azərbaycanda belə hal baş vermir.

V.Eyvazov əlavə edib ki, uşaq əməyinin istismarının qarşısının alınması ilə 14 dövlət qurumu ilə əməkdaşlıq mövcuddur və bu istiqamətdə ciddi tədbirlər görülür.

Nazirin birinci müavini hostellərin əxlaqsızlıq yuvası kimi istifadə olunması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Sahibkarlıq obyektlərinin yoxlanılması ilə bağlı qanunvericilikdə məhdudiyyət var. Biz sizinlə birgə inzibati yolla deyil, izahedici, maarifləndirici işlərlə bunu həll edə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti