...

Daha 8 qazi müasir protezlə təmin olunub

Gündəm Materials 11 İyun 2021 12:13 (UTC +04:00)
Daha 8 qazi müasir protezlə təmin olunub

Bakı. Samir Əli - Trend:

Vətən müharibəsi zamanı yaralanan daha 8 nəfərə müasir protezlər təqdim olunub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Əzizov bildirib.

Onun sözlərinə görə, bu gün protezlə təmin olunan qazilərimiz Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalovdur:

E.Əzizovun sözlərinə görə, bu günə qədər artıq 33 qazi müasir reabilitasiya vasitələri, protezlə təmin olunub: "Yaxın zamanlarda 50 qazi də müasir protezlərlə təmin olunacaq. Hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan “Genium” sisteminin - yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti