...

İndiyə qədər 1750 qaziyə əlillik təyinatı aparılıb

Gündəm Materials 16 Sentyabr 2021 11:27 (UTC +04:00)
İndiyə qədər 1750 qaziyə əlillik təyinatı aparılıb

Bakı. Humay Ağacanova - Trend:

İkinci Qarabağ müharibəsi zamanı yaralanmış hərbi qulluqçulardan artıq 1750 nəfərə əlillik təyinatı aparılıb.

Trend-in məlumatına görə, bunu Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair keçirilən mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bildirib.

O qeyd edib ki, dövlət başçısının göstərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi qazilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm rol oynayır:

"Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmət göstərilib. 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminat işləri aparılır. Artıq 141 hərbçi son nəsil protezlərlə təmin edilib."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti