...

Daha 29 qazi yüksək texnologiyalı protezlərlə təmin olunacaq

Gündəm Materials 16 Sentyabr 2021 13:29 (UTC +04:00)
Daha 29 qazi yüksək texnologiyalı protezlərlə təmin olunacaq

Bakı. Trend:

Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb və yaxın günlərdə onların yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq.

Trend-in məlumatına görə, bunu Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair keçirilən mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bildirib.

O həmçinin, qeyd edib ki, bu protezlər sifariş edilərkən qazilərin həyat tərzi və maraqları da nəzərə alınır:

“Məsələn yuxarı ətrafdan söhbət gedəndə qazinin hansı işlə məşğul olması, sükan arxasında olması və ya klaviaturadan daha çox istifadə etməsi kimi amillər nəzərə alınaraq protezlər individiual şəkildə sifariş edilir.

Sözügedən protezlər funksiyasını itirmiş əzanın 80-85 faizini bərpa edə bilir. Bu o deməkdir ki, ayağını, əlini itirmiş qazilərimiz normal həyatlarına geri dönürlər və cəmiyyətə inteqrasiyaları mümkün olur.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti