...

"Trend” BİA və UzA beynəlxalq media məkanında mövqelərini möhkəmləndirəcək - Baş direktor müavini

Gündəm Materials 1 Aprel 2022 16:52 (UTC +04:00)
"Trend” BİA və UzA beynəlxalq media məkanında mövqelərini möhkəmləndirəcək - Baş direktor müavini
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Özbəkistanın Milli İnformasiya Agentliyi UzA arasında əməkdaşlıq memorandumunun imzalanması hər iki agentliyin beynəlxalq media məkanında mövqelərini möhkəmləndirəcək.

Trend-in məlumatına görə, bunu UzA-nın baş direktorun birinci müavini Sobir Şukurov memorandumun imzalanma mərasimində deyib.

Onun sözlərinə görə, bu sənədin imzalanması agentliklər arasında əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

"Bu gün bizim qarşılıqlı münasibətlərimizdə yeni səhifə açılır. Memorandumun imzalanması agentliklərimiz arasında əməkdaşlığın inkişafını nəzərdə tutur", - S.Şukurov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti