Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Gəncədə 29 yaşlı gənc qız intihar edib.
Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən səhər saatlarında 1982-ci il təvəllüdlü, ali təhsilli, subay Xəyalə İbrahimova Gəncə şəhərində yaşadığı evdə sirkə turşusu içərək intihar edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.