...

Güclü külək Lerikdə 40-dan, Lənkəranda 15-dən artıq yaşayış məntəqəsini işıqsız qoyub

Hadisə Materials 5 Mart 2012 14:43 (UTC +04:00)
Martın 4-də cənub bölgəsində axşam saatlarından əsən güclü külək Lerik və Lənkəranın bir sıra yaşayış məntəqələrində enerji təsərrüfatına ciddi ziyan vurub.
Güclü külək Lerikdə 40-dan, Lənkəranda 15-dən artıq yaşayış məntəqəsini işıqsız qoyub

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/

Martın 4-də cənub bölgəsində axşam saatlarından əsən güclü külək Lerik və Lənkəranın bir sıra yaşayış məntəqələrində enerji təsərrüfatına ciddi ziyan vurub.

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun Trend-ə verdiyi məlumata görə, güclü külək rayonunun 40-dan çox yaşayış məntəqəsini enerjisiz qoyub.

Lənkəranda isə 15-dən artıq yaşayış məntəqəsi enerjisiz qalıb.

Lənkəran Elektrik Şəbəkəsinin baş mühəndisi Şamid Bəhramov Trend-ə bildirib ki, güclü külək səbəbindən ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb, onlarla dirək aşıb.

Elektrik Şəbəkəsinin əməkdaşları və maşınları problemin tez bir zamanda aradan qaldırılması üçün tədbirlər görür.

Bəhramov deyib ki, bu gün günün sonunadək işıqsız qalmış yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.

Baş mühəndis bildirib ki, həmçinin Ələt-Astara yolunda çinar ağaclarının aşması nəticəsində də enerji təsərrüfatına ciddi ziyan dəyib.

Elektrik Şəbəkəsinin balansında olan 0,4 tonluq dayaq aşıb , 2 ədəd transformatr zədələnib və 3 ədəd 100 kiloqramlıq dayaq sıradan çıxıb.

Hazırda bölgədə mülayim, günəşli hava hökm sürür.

Xəbər lenti

Xəbər lenti