Azərbaycan, Bakı, 8 mart /Trend/
Bakıda qanunsuz dövriyyədən narkotik vasitələr çıxarılıb.
Bakı şəhər Baş Polis İdarəsindən cümə axşamı Trend-ə bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Cəfərovdan 1 qramdan artıq heroin götürülmüş və ona narkotik vasitəni satan A.Mustafayev küçəsində yaşayan Mirzəbaba Abdullayev tutulmuşdur. Abdullayevdən 20 qramdan artıq, yaşadığı mənzildən isə 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülmüşdür.
Eyni zamanda, Suraxanı RPİ Narkotiklərlə Mübarizə Qrupu və 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbə sakini Vüqar Əliyevdən 480 qram narkotik vasitə olan marixuana aşkar edilib.
Bakıda qanunsuz dövriyyədən narkotik vasitələr çıxarılıb
Bakıda qanunsuz dövriyyədən narkotik vasitələr çıxarılıb.
