...

Azərbaycanın şimal-qərbində güclü zəlzələ olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 May 2012 10:03 (UTC +04:00)
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 09:00-10:00 arasında baş verən zəlzələnin episentri Zaqatala və Qax rayonlarının arasındadır.
Azərbaycanın şimal-qərbində güclü zəlzələ olub (ƏLAVƏ OLUNUB)

Son iki abzas əlavə olunub. İlk xəbər saat 10:03-də yayılıb

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimal-qərbində güclü zəlzələ olub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 09:00-10:00 arasında baş verən zəlzələnin episentri Zaqatala və Qax rayonlarının arasındadır.

Zəlzələ hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Mərkəzdən verilən məlumata görə, zəlzələ Zaqataladan 17 km aralıda Rixter cədvəli üzrə 5.5 (12 ballıq cədvəl üzrə 7) bal gücündə qeydə alınıb.

Dağıntıların olduğu istisna edilmir.

Xəbər lenti

Xəbər lenti