...

Daxili İşlər Nazirliyi polis əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb

Hadisə Materials 13 Dekabr 2012 13:00 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 12-də Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə axtarışda olan Masallı rayon sakini Ramin Eynalovun Mərdəkan qəsəbəsinin ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan qardaşı Sahibin evində gizlənməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyi polis əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi polis əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 12-də Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə axtarışda olan Masallı rayon sakini Ramin Eynalovun Mərdəkan qəsəbəsinin ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan qardaşı Sahibin evində gizlənməsi müəyyən edilib.

Eynalovun tutulması üçün həmin ünvana 3 nəfərdən ibarət əməliyyat qrupu gəlib. Eynalov saxlanılarkən qardaşı Sahiblə birgə bıçaq və küt alətlərlə polis əməkdaşlarına hücum edib və onlara xəsarət yetiriblər. Sonradan Eynalov bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirib.
Görülmüş tədbirlər nəticəsində Sahib tutulub, Eynalov isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti