...

Almaniyada bayram zamanı 39 nəfəri ildırım vurub

Hadisə Materials 10 May 2013 10:48 (UTC +04:00)
Almaniyanın Dabel şəhərində Atalar Günü bayramının qeyd olunması zamanı 39 nəfər ildırım vurması nəticəsində xəsarət alıb.
Almaniyada bayram zamanı 39 nəfəri ildırım vurub

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Tanrıverdiyev/

Almaniyanın Dabel şəhərində Atalar Günü bayramının qeyd olunması zamanı 39 nəfər ildırım vurması nəticəsində xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Associated Press" agentliyi yerli polis idarəsinə istinadən məlumat yayıb.

Hadisə ötən gün, mayın 9-da baş verib. Dabeldə qeyd olunan bayrama 500-ə yaxın insan qatılıb. İlkin məlumatlara görə, ildırım yarmarka ərazisində yerləşən ağacları vurub, nəticədə onların yaxınlığında duran insanlar xəsarət alıb.

Zərərçəkənlər təcili yardım maşınları və iki helikopter vasitəsilə xəstəxanaya çatdırılıblar. Xəsarət alan 39 nəfərdən səkkizinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti