...

FHN bu gecə Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 29 May 2013 07:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Fövqəladə Hallar Nazirliyi bu gecə Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Hyundai-Santafe" markalı minik avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib. Yanğın nəticəsində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Qəza zamanı şəxsiyyətləri məlum olmayan 3 nəfər (2 sürücü, 1 sərnişin) aldığı müxtəlif bədən xəsarətləri ilə Sabunçu rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti