...

Mingəçevirdə təcili yardım maşınının sürücüsünün özünə yardım edən olmadı

Hadisə Materials 17 İyul 2013 12:05 (UTC +04:00)
Mingəçevirdə sürücü sükan arxasında ölüb.
Mingəçevirdə təcili yardım maşınının sürücüsünün özünə yardım edən olmadı

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İzzət/

Mingəçevirdə sürücü sükan arxasında ölüb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, iyulun 17-də gecə ölümlə nəticələnən hadisə Mingəçevir şəhəri Naxçıvan küçəsində qeydə alınıb. Goranboy rayonunda məskunlaşan məcburi köçkün 1947-ci il təvəllüdlü Salmanov İsmayıl Fərman oğlu idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə gedərkən Energetiklər qəsəbəsindəki Naxçıvan küçəsində sükan arxasında keçinib. Özünü qəflətən pis hiss edən sürücü avtomobilini yolun kənarında saxlayıb və bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Hadisə saat 01:15 radələrində baş verib.

Dünyasını dəyişən sürücü İsmayıl Salmanov Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "22-AC-198" dövlət nömrə nişanlı "QAZ"el markalı təcili yarım avtomobilini idarə edirmiş. Həmin gün o, Mingəçevirdən Bakıya ağır xəstə aparmalı imiş.

Mingəçevir şəhər Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya şöbəsinin baş həkimi Rauf Quliyevin verdiyi məlumata görə, mərhum İsmayıl Fərman oğlu Salmanovun ölümünə səbəb ürək çatışmazlığı olub.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti