...

"Mercedes" "VAZ" markalı minik avtomobili ilə toqquşub: 2 nəfər yaralanıb

Hadisə Materials 8 Sentyabr 2013 05:12 (UTC +04:00)
"Mercedes" "VAZ" markalı minik avtomobili ilə toqquşub, nəticədə 2 nəfər yaralanıb.
"Mercedes" "VAZ" markalı minik avtomobili ilə toqquşub: 2 nəfər yaralanıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

"Mercedes" "VAZ" markalı minik avtomobili ilə toqquşub, nəticədə 2 nəfər yaralanıb. Bu barədə Trend məlumat verib.

Bildirilir ki, Cəlilabad şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə "Mercedes" markalı avtomobilinin sürücüsü muxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və təcili yardım xidmətinə təhvil verilib.

"VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti