...

Qubada iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Hadisə Materials 26 Fevral 2014 00:56 (UTC +04:00)
Qubada iki avtomobil toqquşub, bir nəfər yaralanıb.
Qubada iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Qubada iki avtomobil toqquşub, bir nəfər yaralanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Quba rayonu Qonaqkənd kəndində "VAZ" markalı minik avtomobilinin "Tofaş" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində deformasiyaya uğramış "VAZ" markalı minik avtomobilinin sürücüsü yaralı halda avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti