Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/
Tərtər rayonunda ata və anasını qətlə yetirən şəxs həbs olunub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Tərtər rayonunda baş verib.
Oktyabrın 4-də rayon sakini, ruhi xəstə Qurban Nəsibov Cəmilli kəndində yaşadığı evdə münaqişə zəminində atası Xanbabaya və anası Nazlıya küt alətlə xəsarət yetirərək hadisə yerini tərk edib.
Xəsarət alan Xanbaba və Nazlı hadisə yerində ölüblər.
Hadisə ilə bağlı Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində valideynlərini öldürən Q.Nəsibov tutulub.
Faktla bağlı araşdırma aparılır.