...

Masallıda 2 otaqlı, Biləsuvar və Sumqayıtda 3 otaqlı evdə yanğın baş verib

Hadisə Materials 31 May 2016 23:32 (UTC +04:00)
Bu gün axşam saatlarında ölkənin müxtəlif yerlərində yanğın hadisələri baş verib.
Masallıda 2 otaqlı, Biləsuvar və Sumqayıtda 3 otaqlı evdə yanğın baş verib

Bakı. Trend:

Bu gün axşam saatlarında ölkənin müxtəlif yerlərində yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Biləsuvar rayonu, Səmədabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin və aynabəndinin yanar konstruksiyaları 52 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Masallı rayonu, Köhnə Alvadı kəndində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m, taxta konstruksiyalardan ibarət olan birmərtəbəli 2 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Sumqayıt şəhəri, Corat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti