...

Əcnəbi vətəndaşları qarət etdilər - sonra da könüllü polisə təslim oldular

Hadisə Materials 12 Avqust 2017 13:36 (UTC +04:00)
İki əcnəbi vətəndaşı bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edən şəxslər könüllü olaraq polis bölməsinə gəliblər.
Əcnəbi vətəndaşları qarət etdilər - sonra da könüllü polisə təslim oldular

Bakı. Trend:

İki əcnəbi vətəndaşı bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edən şəxslər könüllü olaraq polis bölməsinə gəliblər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşın əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

Hadisəni törətmiş Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi RPİ 22-ci PB-yə gəlib həmin şirkətin səyahət paketi almaq üçün onlardan 1500 ABŞ dolları pul alaraq vədinə əməl etməməsini bildiriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti