...

Ağdamda partlamış mərmi qalığı aşkarlanıb (FOTO)

Hadisə Materials 7 Noyabr 2017 18:05 (UTC +04:00)
Ağdamda partlamış mərmi qalığı aşkar edilib.
Ağdamda partlamış mərmi qalığı aşkarlanıb (FOTO)

Bakı. Trend:

Ağdamda partlamış mərmi qalığı aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Təzəkənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış mərmi qalığı aşkar edilib, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti