...

Parkda qətl törədən 40 yaşlı qadının məhkəməsi başladı

Hadisə Materials 18 İyun 2019 15:26 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Parkda qətl törədən 40 yaşlı qadının məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyunun 25-ə təyin edilib.

İttihama görə, ötən ilin oktyabr ayında gecə saatlarında Xırdalan şəhərində şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub. O, R.Hüseynovu gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. G.Qasımova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti