...

Ağsuda mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb

Hadisə Materials 25 Avqust 2019 20:53 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub
Ağsuda mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti