Bakı. Trend:
Bakı-Sumqayıt yolundakı qəzanın təfərrüatı açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş DYP İdarəsindən bildirilib.
Qeyd edilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Vurğulanıb ki, toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib.
Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.