...

Vətəndaşların 38 min manatını mənimsəyən şəxslər saxlanıldı

Hadisə Materials 11 Fevral 2025 14:16 (UTC +04:00)
Vətəndaşların 38 min manatını mənimsəyən şəxslər saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların ümumilikdə 38 min manatının və bir mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən S.Mahmudovun da saxlanılması təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti