...

Dünyanın ən böyük üzgüçülük hovuzunda sörfinqlə məşğul olmaq mümkündür

Maraqlı Materials 6 İyul 2012 16:54 (UTC +04:00)
Çilidəki “San Alfonso del Mar Resort” hoteli üçün inşa edilən və 2006-cı ildə istifadəyə verilən hovuz 1 milyard sterlinqə başa gəlib.
Dünyanın ən böyük üzgüçülük hovuzunda sörfinqlə məşğul olmaq mümkündür

Azərbaycan, Bakı, 6 iyul / Trend/

Çilidəki "San Alfonso del Mar Resort" hoteli üçün inşa edilən və 2006-cı ildə istifadəyə verilən hovuz 1 milyard sterlinqə başa gəlib. Dünyanın ən dərin hovuzu kateqoriyasında "Ginnessin Rekordlar Kitabı"na düşən hovuzda sörfinqlə də məşğul olmaq mümkündür. Bu barədə Trend Türkiyə KİV-inə istinadən xəbər verir.

Qumluğu olan və normal Olimpiya hovuzundan 20 dəfə böyük hovuz təxminən 300 milyon litr su ilə doldurulur. Kompyuter proqramı ilə nəzarət edilən su və filtr sistemi okeandan suyu hovuza gətirir. Hovuzda suyun istiliyi 26 dərəcədə saxlanılır.

Xəbər lenti

Xəbər lenti