Azərbaycan, Bakı, 26 fevral /Trend/
İtaliyalı neyrocərrah Serxio Kanavero bəyan edib ki, 2017-ci ildə insan başının ilk transplantasiyasını həyata keçirə biləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onun metodu bir meymunun başının digərinin bədəninə artıq uğurla köçürdüyü əməliyyatına əsaslanır.
Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun immun sistemi yad orqandan imtina edib.
S.Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-da keçiriləcək konfransda təqdim edəcək.
O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək.