...

Çinli baş transplantasiyası əməliyyatına hazırlaşır

Maraqlı Materials 14 İyun 2016 14:05 (UTC +04:00)
Çində bədbəxt hadisə nəticəsində iflic olmuş 62 yaşlı pensiyaçı Van Huanm baş transplantasiyası əməliyyatına hazırlaşır.
Çinli baş transplantasiyası əməliyyatına hazırlaşır

Bakı. Elçin Hüseynov - Trend:

Çində bədbəxt hadisə nəticəsində iflic olmuş 62 yaşlı pensiyaçı Van Huanm baş transplantasiyası əməliyyatına hazırlaşır. Trend-in məlumatına əsasən, bu barədə RİA Novosti "New York Times" qəzetinə istinadən xəbər verir.

Əməliyyatı Çinin Harbin Tibb Universitetinin həkimləri Jen Syaopin və Serjio Kanavero aparmağa hazırlaşırlar. Onlar bildiriblər ki, sinir liflərinin birləşdirilməsi texnologiyası əsasında keçiriləcək unikal əməliyyat yaxın zamanlarda ilk dəfə baş tutacaq.

"New York Times" qəzeti həkim və alimlər arasında belə əməliyyatın aparılmasına dair sorğu keçirib. Onlar bildiriblər ki, başın transplantasiyası proseduru tibbi baxımdan qeyri-mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti