...

Dağlıq Qarabağ münaqişəsində Azərbaycan və Ermənistandan başqa tərəf yoxdur – İlham Əliyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2008 14:39 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində Azərbaycan və Ermənistandan başqa tərəf yoxdur – İlham Əliyev

Azərbaycan, Bakı, 21 noyabr/ Trend / Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsində Azərbaycan və Ermənistandan başqa tərəf görmür.

"Dağlıq Qarabağ münaqişəsində Azərbaycan və Ermənistandan başqa tərəf yoxdur. Bu həmişə məlum olub və indi bu fakt Ermənistan rəhbərinin Moskva bəyannaməsindəki imzası ilə təsdiqlənib", - Azərbaycan prezidenti İlham Əliyev Bakıda "Azərbaycan XXI əsrdə - inkişaf strategiyası" mövzusunda keçirilən Dəyirmi masa iştirakçıları ilə görüşdə bildirib.

Noyabrın 2-də Moskvada şəhərətrafı "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev arasında keçirilən görüşün yekunu üzrə bəyannamə imzalanıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri Qafqazda vəziyyətin sağlamlaşdırılması üzərində birgə işləmək barədə razılığa gəliblər, həmçinin xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işləri davam etdirməyi tapşırıblar. Bəyannamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlərin əsasında nizamlanmasını nəzərdə tutur ki, bu da regionda inkişaf və hərtərəfli inkişaf üçün əlverişli şərait yaradacaq.

Prezident bildirib ki, bəyannamənin imzalanması kifayət deyil. " Düzgün qərar qəbul etmək lazımdır, yəni heç vaxt Ermənistana məxsus olmamış, məxsus olmayan və olmayacaq ərazilərdən çıxmaq, işğala son qoymaq, beynəlxalq normalara müvafiq siyasət yeritmək üçün ilk növbədə Ermənistan tərəfin siyasi iradəsi lazımdır. O zaman Qafqazda sülhə çox tez nail olmaq mümkün olacaq", - İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin təşəbbüsü ilə imzalanan Moskva bəyannaməsinin qəbul edilməsi müsbət faktdır. "Bəyannamədə bu münaqişənin həlli üçün əsas olacaq mexanizmlər dəqiq müəyyən edilib. Mexanizmlər beynəlxalq hüququn norma və prinsipləri və bu çərçivədə qəbul edilmiş qətnamələr və qərarlardır. Bəyannamə özlüyündə məhz beynəlxalq təşkilatların qərarlarına istinadla tənzimləmə yollarını müəyyən edən mühüm siyasi sənəddir. Təminatlar bölməsində münaqişənin həllinin hər bir mərhələsi üzrə təminatlar göstərilir", - prezident bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti