...

Ermənistanın ATƏT missiyasının məruzəsi ilə bağlı mövqeyi: dalaşandan sonra əl-qol atmırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2011 11:39 (UTC +04:00)
Bazar ertəsi, aprelin 11-də Minsk qrupu ATƏT-in Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağa bitişik ərazilərində həyata keçirilən səhra qiymətləndirmə missiyasının məruzəsi dərc edildikdən sonra regiona ilk dəfə səfərə başlayıb.
Ermənistanın ATƏT missiyasının məruzəsi ilə bağlı mövqeyi: dalaşandan sonra əl-qol atmırlar

Elmira Tariverdiyeva, Trend-in Avropa redaskiyasının icmalçısı

Bazar ertəsi, aprelin 11-də Minsk qrupu ATƏT-in Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağa bitişik ərazilərində həyata keçirilən səhra qiymətləndirmə missiyasının məruzəsi dərc edildikdən sonra regiona ilk dəfə səfərə başlayıb.

Ermənistan XİN-də görüşdə nazirlik rəhbəri Edvard Nalbandyan özünü qiymətləndirmə missiyasının Ermənistan və Dağlıq Qarabağın separatçı rejiminin xeyrinə olmayan məruzəsi ilə bağlı şərh verməkdən saxlaya bilməyib.

Nalbandyan Minsk qrupunun həmsədrlərinə sübut etməyə çalışıb ki, rəsmi Azərbaycan tərəfdən məruzə təhrif olunub və bildirib ki, "Azərbaycan tərəfinin bu məruzə ilə bağlı şərhi həmsədrlərin təqdim etdiyi qiymətləndirməyə ziddir. Bu barədə "Mediamaks" məlumat verib.

KİV-də həmsədrlərin Ermənistan XİN rəhbərinin sözlərinə reaksiyasının olmaması baxımından Nalbandyanın bəyanatı daxili istifadə üçün ritorika nümunəsi kimi qalıb.

Haqlı olaraq etiraf etmək lazımdır ki, qiymətləndirmə missiyasının Azərbaycan tərəfinin dəstəklədiyi məruzəsi ilə bağlı Ermənistan tərəfinin narazılığına səbəb var.

ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 2010-cu ildə dərc etdiyi məruzəsi missiyanın 2005-ci ilin məruzəsindən demək olar bütün bəndlər üzrə fərqlənir. Yeni məruzədə əvvəlkidən fərqli olaraq, Ermənsitanı sevindirə bilməyən tamamilə aydın işarə var. ATƏT-in Minsk qrupunun məruzəsində diplomatik hiylənin və aydın olmayan formulların olmaması ondan xəbər verir ki, MQ status-kvonun saxlanılmasının perspektivsizliyini başa düşür.

Bundan başqa, məruzədə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın ərazisində demoqrafik, sosial, eləcə də mədəni xarakterli dəyişikliklərə səbəb ola biləcək istənilən fəaliyyətdən imtina etmək çağırışları da var. Və bu təfsir yox, ATƏT-in Minsk qrupunun qiymətləndirmə missiyasının təşkilatın rəsmi saytına /http://www.osce.org/mg/76209/ ünvanında yerləşdirilən məruzəsinə istinaddır.

Ermənsitan çox güman belə "nəfəskəsici zərbəni" gözləməyib və rəsmi Yerevan hətta dərc edildiyi ilk günlərdə məruzəni şərh etməyə belə səy göstərməyib, bu isə cəmiyyətdə böyük narazılığa səbəb olub. ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona ötən dəfəki səfəri zamanı məruzənin tam versiyası ilə tanış olan Azərbaycan XİN-dən fərqli olaraq, Ermənistan tərəfi bu gün öz cəmiyyətini hər vəchlə rədd edərək, sənədin bütün təfərrüatlarının açılmasını istəmir. Lakin məruzənin başlıca mesajlarından biri ATƏT-in saytında dərc edilən xülasədə verilib.

Status-kovunun saxlanılmaması Azərbaycan tərəfinin gözlədiyi və dəfələrlə bəyan etdiyi, Yerevan üçün başlıca məqsəd olan mövcud vəziyyətin saxlanılmasının qeyri-mümkünlüyünün başlıca siqnaldır.

Ermənistan hakimiyyəti Dağlıq Qarabağdakı vəziyyət, işğal olunmuş ərazilərdə Azərbaycan abidələri, məscid və qəbiristanlıqları haqqında həqiqi informasiyanın əld edilməsinə dəfələrlə mane olub. Yerevanın doğrudan da ehtiyat edəcəyi şey var. Ermənistanın işğalı nəticəsində Azərbaycanın 900-dən çox yaşayış məntəqəsi talan edilib, yandırılıb və dağıdılıb. Bir neçə min sənaye, kənd təsərrüfatı müəssisəsi, 150 mindən çox yaşayış binası məhv edilib. İşğal olunmuş ərazilərdə kənd təsərrüfatı sahələri, su təsərrüfatı, su texniki qurğuları, nəqliyyat və kommunikasiya xəttləri sıradan çıxarılıb, çoxlu arxeoloji abidə, məscid və qəbiristanlıq dağıdılıb və talan edilib. Azərbaycan muzeylərindən 40 mindən çox qiymətli əşya və nadir eksponatlar oğurlanıb. Kəlbəcər tarixi-ölkəşünaslıq muzeyi tam dağıdıldıqdan sonra muzeyin ekpozisiyasında olan nadir qızıl və gümüş zinət əşyaları, tarixi xalçalar yoxa çıxıb.

Beynəlxalq ictimaiyyət rəsmi Yerevanı dəfələrlə işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə çağırıb, lakin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsini göstərən 822, 853, 874 və 884 saylı qətnamələrindəki tələblərə baxmayaraq, Ermənistan öz mövqeyindən bir addım belə çəkilməyib.

Məruzənin tam versiyası ilə tanış olan Azərbaycan XİN-in məlumatına görə, son qiymətləndirmə missiyasının ələ keçirilən ərazilərin inzibati sərhədlərinin dəyişdirilməsini qeyd etməsi böyük əhəmiyyət kəsb edir. Yeni sərhədlərin çəkilməsi, bəzi rayonların adının dəyişdirilməsi, eləcə də işğal olunmuş ərazilərin inzibati tabeçiliyi qeydə alınıb. Ermənilər Azərbaycan ərazilərini və yaşayış məntəqələrinin adını dəyişdirirlər və onlara öz adlarını verirlər. Belə ki, hərbi əməliyyatlardan əvvəl əhalisi 70 000 nəfər təşkil edən Ağdam şəhəri Ermənistan xəritələrində və yol işarələrində ümumiyyətlə, göstərilməyib.

Vəziyyətin belə olduğu təqdirdə Minsk qrupunun ərazilərin qiymətləndirilməsi üzrə məruzəsinin vasitəçiləri və beynəlxalq institutları faəllıq göstərməyə və mövcud status-kvonun bir dəfəlik və həmişəlik dəyişdirilməsi üçün əlindən gələn hər şeyi etməyə məcbur etməsi mümkündür. Başa düşmək lazımdır ki, Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi və dini abidələrinə diqqətlə yanaşması barədə təsvir etdiyi vəziyyət həqiqətə uyğun deyil. Beynəlxalq ictimaiyyət vəhşilik aktlarının qarşısını almaq üçün səy göstərməlidir və Azərbaycan torpaqlarının təxminən 20 illik işğaldan azad edilməsi üçün əlindən gələni etməlidir.

Xəbər lenti

Xəbər lenti