...

Xocalı soyqırımı ilə bağlı Sumqayıtda yürüş keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2019 17:33 (UTC +04:00)
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Sumqayıtda yürüş keçirilib.
Xocalı soyqırımı ilə bağlı Sumqayıtda yürüş keçirilib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Sumqayıtda yürüş keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, minlərlə insanın iştirak etdiyi tədbirdə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları Sumqayıt şəhər Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərək, abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər.

Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən Z.Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti