...

Azərbaycan prezidenti 100 tələbəyə "Prezident təqaüdü" ayırıb

Siyasət Materials 17 Sentyabr 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti 2007/2008-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş və ali məktəblərə daxil olmuş tələbələrə "Prezident təqaüdü" verilməsi haqqında sərəncam imzalayıb. 4 ixtisas qrupu üzrə, hər qrupda 25 nəfər olmaqla, 100 tələbə Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. Prezident təqaüdü alan tələbələrin topladığı minimum bal həddi birinci ixtisas qrupu üzrə 660, ikinci qrup üzrə 666, üçüncü qrup üzrə 667,75, dördüncü ixtisas qrupu üzrə 675 bal təşkil edib. Prezident təqaüdçüləri sırasında ixtisas qrupları üzrə ən yüksək ballar isə, birinci ixtisas qrupu üzrə 692,5 bal; ikinci və dördüncü ixtisas qrupları üzrə 700 bal; üçüncü ixtisas qrupu üzrə 695 bal olmuşdur.

Xəbər lenti

Xəbər lenti