...

"Müxalifətin elektoratı İsa Qəmbərin namizədi ətrafında birləşəcək"-Azərbaycanın müxalif partiyasının İcra Aparatının rəhbəri

Siyasət Materials 14 Noyabr 2007 14:14 (UTC +04:00)
"Müxalifətin elektoratı İsa Qəmbərin namizədi ətrafında birləşəcək"-Azərbaycanın müxalif partiyasının İcra Aparatının rəhbəri

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Müsavat Partiyası müxalifəti gələn il keçiriləcək prezident seçkilərində başqan İsa Qəmbərin namizədi ətrafında birləşməyə çağırır. "Azərbaycanda keçirilən son seçkilərin nəticələri onu göstərdi ki, müxalifət düşərgəsində Müsavat başqanı İsa Qəmbərin seçkilərdə qalib gəlmək şansı digər namizədlərdən fərqli, üstün dərəcədə çoxdur" çərşənbə günü Trend ə partiyanın İcra Aparatının sədri Arif Hacılı bildirib. Onun sözlərinə görə, müxalifət prezident seçkilərində doğrudan da uğur qazanmaq istəyirsə, şanslı namizədin ətrafında birləşməlidir.

"Ötən prezident və parlament seçkilərində bir faizlik baryeri aşa bilməyənlərin müxalifət adından öz namizədliklərini irəli sürməkdən çəkinməməsi təəssüf hissi doğurur" Hacılı deyib.

Azərbaycanda gələn il prezident seçkiləri keçiriləcək. Müxalifət düşərgəsi seçkilərə vahid namizədlə getmək şansının olmadığı fikrindədir. Müsavat başqanı Qəmbərlə yanaşı, digər müxalifət liderləri seçkilərdə namizədliklərini irəli sürəcəklərini bəyan ediblər. Hələki, Azərbaycanın üç müxalif Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyalarını özündə cəmləşdirən "Azadlıq" bloku seçkiləri boykot ediblər. Blok bəyan edib ki, seçki komissiyaları paritet əsasda yenidən formalaşmasa, boykot taktikasından əl çəkməyəcək.

Hacılı bildirib ki, hazırda Azərbaycanda vahid namizəd konsepsiyasından vahid elektorat kansepsiyası irəli gedib. "Hesab edirik ki, vahid namizədə nail olunmasa da, seçkilərdə müxalifətin elektoratının müxalifətin şanslı namizədinə səs verilməsinə nail olunub. 2000-ci il parlament və 2003-cü il prezident seçkilərində müxalifətin elektorati İsa Qəmbərə səs verib. Bu faktlar bizdə nikbin proqnozlar verməyə əsas verir. Hesab edirik ki, 2008-ci il prezident seçkilərində vahid namizədə nail olmasaq da, elektoratın bir namizəd ətrafında birləşməsinə nail olunacaq" Hacılı bildirib.

Xəbər lenti

Xəbər lenti