...

Söz azadlığını Müdafiə Komitəsi növbəti mitinqin vaxtını təyin etdi

Siyasət Materials 7 Dekabr 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Söz azadlığını Müdafiə Komitəsi dekabrın 8-də keçirməyi planlaşdırdığı mitinqin vaxtını dəyişərək dekabrın 22-ə təyin etdi. Bu barədə Trend ə Müdafiə Komitəsinin sədri Eldar Namazov məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 8-də "Ukranya" meydanında mitinq keçirilməsinə icazə verməyib və onlara Bibiheybət qəsəbəsindəki stadionu təklif edib. Təşkilatçılar həmin yerə baxış keçiriblər və orada mitinq keçirilməsinin əlverişsiz ol massı qərarına gəliblər.

Bu gün söz azadlığını Müdafiə Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə yenidən məktub göndərib. Məktubda bildirilir ki, "Ukrayna" meydanında bu il ərzində bir neçə dəfə mitinq keçirilib. Qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Komitənin "Ukranya" meydanında mitinq keçirməsinə izacə verməməklə, onların hüquqlarını pozur. İcra Haikimyyətinin təklif etdiyi "Bibiheybət" stadionunun yararsız vəziyyətdə olduğunu əks etdirən fotoşəkillər də məktuba əlavə olunub.

Həmçinin, bildirilib ki, Müdafiə Komitəsi dekabrın 22-də "Ukrayna" meydanında mitinq keçirmək qərarına gəlib və həmin yerdə tədbir keçirilməsinə icazə verilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti