...

Abdullah Gülün ABŞ səfəri ilə PKK problemi həll oluna bilməz – türkiyəli ekspert

Siyasət Materials 9 Yanvar 2008 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı 9 yanvar / "Trend ,müxbir R.Hafizoğlu/ Türkiyə prezidenti Abdullah Gülün ABŞ-a rəsmi səfəri Ankara üçün çox vacibdir və ölkələrarası əlaqələrin yeni mərhələsidir, - deyə Türkiyə politoloqu Arif Kəskin çərşənbə günü Ankaradan telefonla Trend ə açıqlamasında bildirib.

Abdullah Gül yanvarın 6-dan ABŞ-da rəsmi səfərdədir və ötən gün prezident Corc Buşla ikitərəfli ələqələrin inkişafına dair müzakirələr aparıb.

"Türkiyə Amerikanın müttəfiqi olsa da, son zamanlar iki dövlət arasında siyasi durğunluq var idi. Bu səfərin iki dövlət arasında mövcud əlaqələri daha da möhkəmləndirəcəyinə əminəm. Əlaqələrin genişlənməsində dövlətlərin bir-birinə etibarı çox önəmlidir" - deyə Avrasiya Strateji Araşdırmalar Mərkəzinin direktoru Kəskin bildirib.

Ekspertin fikrincə, regionda, xüsusən də İraq, Yaxın Şərq və Qarabağla bağlı siyasətində, ABŞ və Türkiyənin maraqları üst-üstə düşmür. "ABŞ regiondakı dövlətlər arasında Türkiyənin dərin nüfuza malik olduğunu yaxşı bilir. Yaxın gələcəkdə regionda müxtəlif siyasi dəyişikliklər olacaq və baş verəcək proseslərin böhrana çevrilməməsi üçün, indidən iki dövlər arasında iş görülür".

Ekspertin fikrincə, Gülün səfəri zamanı müzakirə edilən PKK-nın terrorçu fəaliyyəti, qondarma "erməni soyqırımı", Qarabağ məsələsi kimi mühüm problemlər danışıqlar nəticəsində hələlik öz həllini tapmayacaq: "Bu görüşdən adıçəkilən problemlərin həllini gözləmək sadəlövlükdür. Türkiyə uydurma "erməni soyqırımı" və Qarabağ məsələsində ABŞ siyasətinə müəyyən təsir göstərə bilsə də, ABŞ-ın regiondakı siyasətini dəyişmək iqtidarında deyil".

Ekspertin fikrincə, Türkiyə ən yaxşı halda, ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin Türkiyə və Azərbaycan əleyhinə yönəlmiş təbliğatını azalda bilər. "ABŞ uydurma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə təzyiq göstərərək, Türkiyə-Ermənistan sərhədinin açılmasına çalışır. Türkiyə isə, bu tələb qarşısında Azərbaycan ərazilərinin işğaldan azad olunması tələbi ilə çıxış edir", - deyə politoloq qeyd edib.

O əlavə edib ki, ABŞ-ın Qarabağ problemi, Ermənistan və Azərbaycanla bağlı siyasəti Türkiyəyə yönəlmiş siyasətdən fərqlidir.

Xəbər lenti

Xəbər lenti