...

"Qızıl moruq" premiyasının laureatları elan olunub

Siyasət Materials 24 Fevral 2008 01:14 (UTC +04:00)
"Qızıl moruq" premiyasının laureatları elan olunub

Hər il Los-Ancelesdə ən pis kino işlərinə görə təqdim olunan "Qızıl moruq" (Golden Raspberry) 28-ci premiyasının laureatları elan olunub.

Premiyanın İnternet saytında deyilir ki, demək olar ki "Moruğun" böyük bir hissəsi iki filmin yaradıcılarına çatıb - "Mən bilirəm, kim məni öldürüb" (I Know Who Killed Me) və "Norbitin hiyləsi" (Norbit). Kinolarda bir neçə rol oynayan, aktyor kateqoriyalarında bütün mükafatları Lindsey Loxan və Eddi Mörfi yığıblar.

"Mən bilirəm, kim məni öldürüb" və "Norbitin hiyləsi" kinolarından başqa "Qızıl moruq" lauriyatlarının siyahısına "Başçı ata" (Daddy Day Camp) baş rolda Kyubo Qudinq-kiçikin iştrakı ilə bu film "Ən pis prikvell və ya sikvell" kateqoriyasında qalib gəlib.

Ən pis film bütün əlamətlərinə görə "Mən bilirəm kim məni öldürüb" olub. Filmin yaradıcılarına 8 mükafat verilib.

Lauriyatların siyahısı belədir:

Ən pis film - "Mən bilirəm, kim məni öldürüb";

Ən pis aktyor - Eddi Mörfi ("Norbitin hiyləsi" filmi);

Ən pis aktrisa - Lindsey Loxan ("Mən bilirəm, kim məni öldürüb" filmində iki ekiz bacılar rolunda);

Ən pis kişi rolu ikinci planda - Eddi Mörfi ("Norbitin hiyləsi" filmi, Mister Vonq rolunda);

Ən pis qadın rolunda ikinci planda - Eddi Mörfi ("Norbitin hiyləsi" filmi, Rasputi rolunda);

Ən pis aktyor dueti - Lindsey Loxan və Lindsey Loxan ("Mən bilirəm, kim məni öldürüb" filmində iki ekiz bacılar rolunda)

Ən pis rimeyk və ya plagiat - ("Mən bilirəm, kim məni öldürüb");

Ən pis rejissor Kris Silverston ("Mən bilirəm, kim məni öldürüb");

Ən pis ssenari - Djeffri Xemmond ("Mən bilirəm, kim məni öldürüb");

"Dəhşət filmində ən pis bəraət qazandırmaq" - "Mən bilirəm, kim məni öldürüb". RİA Novosti .

Xəbər lenti

Xəbər lenti