...

Ermənistanla Azərbaycana eyni cür yanaşılmamalıdır-Asim Mollazadə

Siyasət Materials 28 Fevral 2008 20:24 (UTC +04:00)

Azərbaycan,Bakı, 28 fevral/ Trend / Təcavüzkar Ermənistanla Təcavüzə məruz qalmış Azərbaycana eyni cür yanaşılmamalıdır.ATƏT-in Təşəbbüsü ilə Dağlıq Qarabağda törədilmiş hərbi sinayətlərlə bağlı beynəlxalq tribunal yaradılmalıdır.Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İlkka Kanerva ilə görüşdə səsləndirib.Partiyanın mətbuat xidmətindən Trend a daxil olan məlumatda deyilir ki, cümə axşamı DİP sədri, millət vəkili Alim Mollazadə ATƏT -in fəaliyyətdə olan sədri İlkka Kanerva İlə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycanda keçiriləcək prezident seçkiləri, Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya perspektivləri müzakirə olunub. Tərəflər Seçki Məclləsinin Avropanın seçki qanunvericiliyinə uyğunlaşdırılmasının əhəmiyyəti, Diffomasiya haqqında Qanunun qəbulunun vacibliyi, jurnalistlərlə bağlı məhkəmə qərarlarının Mülki Məcəllə əsasında çıxarılmasının məqsədəuyğun olması məsələlərinə də toxunublar.

Xəbər lenti

Xəbər lenti