...

Azərbaycan və Türkiyə hökumətləri iqtisadi əlaqələrin inkişaf imkanlarını nəzərdən keçirəcək – səfir

Siyasət Materials 10 Aprel 2008 16:11 (UTC +04:00)
Azərbaycan və Türkiyə hökumətləri iqtisadi əlaqələrin inkişaf imkanlarını nəzərdən keçirəcək – səfir

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Türkiyə hökumətləri cümə günü İstanbulda iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərini nəzərdən keçirəcək. Danışıqlar Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində aparılacaq. Bu barədə cümə axşamı Ankaradan telefonla Azərbaycanın bu ölkədəki səfiri Zakir Həşimov məlumat verib.

İclas komissiyanın həmsədrləri olan Azərbaycanın Baş nazirinin müaivni Abid Şərifov və Türkiyənin dövlət naziri Mustafa Səid Yazıçıoğlunun rəhbərliyi altında keçiriləcək.

İclasda enerji və ticari-iqtisadi sahələr üzrə əməkdaşlığa dair məsələlər nəzərdən keçiriləcək.

Səfir bildirib ki, hökumətlərarası komissiya iclasının yekununda Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın perspektivlərini əks etdirən protokolun imzalanması nəzərdə tutulur. Sənəd layihəsi hazırda İstanbulda iki ölkə hökumətinin ekspertləri tərəfindən razılaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan :

Xəbər lenti

Xəbər lenti