Azərbaycan, Bakı, 20may/ Trend / Azərbaycan prezidenti İlham Əliyevin çərşənbə axşamı imzaladığı sərəncama əsasən, Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinin başa çatdırılması və müasir texniki avadanlıqlarla təmin olunması məqsədilə Prezidentin Ehtiyat Fondundan 4,6 milyon (dörd milyon altı yüz min) manat məbləğində vəsait ayrılıb.