...

Türkiyədə hərbçilərin həbsi ilə bağlı etiraz aksiyaları keçirilib

Siyasət Materials 2 İyul 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / , müxbir S.İlhamqızı/ Türkiyənin bir neçə yüksək rütbəli hərbçisinin və qəzet əməkdaşının həbsinə etiraz olaraq, "Cümhuriyyət" qəzetinin redaksiyası və Atatürk Düşüncə Mərkəzinin binası qarşısında aksiyalar keçirilib. Məlumatı CNN-Türk xəbər saytı yayıb.

Dünən Türkiyənin bir sıra yüksək rütbəli keçmiş hərbçiləri, həmçinin, "Cümhuriyyət" qəzetinin əməkdaşı, Atatürk Düşüncə Mərkəzinin, Ankara Ticarət Palatasının rəhbərləri də olmaqla, 20-dən çox tanınmış şəxs Ankara polis idarəsi terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən həbs olunublar. Dünyəvilik tərəfdarları kimi tanınan bu şəxslər dövlətə qarşı qiyam hazırlamaqda ittiham olunurlar.

Bir neçə qeyri-hökumət təşkilatı "Cümhuriyyət" qəzetinin Ankaradakı və İzmirdəki büroları qarşısında, İstanbulda Atatürk Düşüncə Dərnəyinin binası önündə aksiyalar keçiriblər. Etiraz aksiyalarında sözügedən həbslər Türkiyənin gələcəyi üçün narahatlıq yaradan hadisə kimi qiymətləndirilib və həbslər pislənilib. Aksiyaçılar həbs olunan şəxslərə "qiyamçı" damğası vurulmasına etirazlarını bildirib, müxtəlfi şüarlar səsləndiriblər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti