...

Buş Administrasiyası Suriya və İsrailin razılığa gəlməsinə mane olur – ekspertlər

Siyasət Materials 9 İyul 2008 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir U.Sadıqova, E.Tariverdiyeva / Suriya və İsrail hökumətləri tezliklə danışıqlar masası arxasında oturmayacaqlar və bunun əsas səbəbi ABŞ -ın, xüsuusilə də hazırki Buş Administrasiyasının təsiridir. "Corc Buşun hakimiyyəti dövründə ABŞ dəfələrlə Suriya ilə İsrail arasındakı danışıqlara hər vəchlə məne olub", - deyə Trend a suriyalı müstəqil politoloq Hüsnü Məhəlli bildirib.

"Associated Press" agentliyinin çərşənbə günü verdiyi xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, nə qədər Ağ Evin rəhbəri Corc Buşdur, Suriya ilə İsrail arasında birbaşa danışıqlar olmayacaq, barışıqdan isə, söz gedə bilməz. Əsəd əlavə edib ki, Vaşinqton İsrailin işğalçı siyasətini maliyyələşdirməyi dayandırmayınca, Dəməşq ilə Qüds arasındakı danışıqlarda müsbət irəliləyiş olmayacaq.

Suriyalı ekspert Səlema əz-Zuheyrinin sözlərinə görə, Bəşər Əsəd öz sərt bəyanatı ilə bu dialoqun uğuru naminə, Suriya-İsrail danışıqlarında ABŞ-ın rolunu zəiflətmək istəyir. "Bu sülh prosesində Bəşər Əsədin öz şərtləri var. Dəməşq şərtləri qəbul olunmayanadək nə İsrailin, nə də ABŞ-ın şərtlərinə getməyəcək", - deyə Trend a çərşənbə günü əz-Zuheyri Londondan telefonla bildirib.

Əz-Züheyrinin sözlərinə görə, heç bir tərəf ABŞ -ın Yaxın Şərq siyasətinə daimi təsiri səbəbindən, səmərəli danşıqları təmin edə bilməz. "Suriya Rusiya, Böyük Britaniya, Çin, Fransa kimi ölkələr iştirak edərsə, ABŞ -ın danışıqlarda iştirakına razıdır, daha doğrusu, bu proses beynəlxalq səviyyədə aparılmalıdır", - deyə suriyalı politoloq bildirib.

Amerika-İsrail münasibətləri tam qarşılıqlı fəaliyyət əsasında qurulub. "Bu o deməkdir ki, ABŞ -ın beynəlxalq normalara riayət edəcəyi təqdirdə, İsrail Fələstini itirəcək və burada müstəqil dövlət yaradılacaq", - deyə Məhəlli güman edir.

Suriyalı ekspertin rəyinə görə, ABŞ -dakı Avropa lobbisi Buş Administrasiyasına olduqca böyük təsir göstərir. Məhz avropalı lobbiçilər fələstin, suriya və livanlıların beynəlxalq cəmiyyətə daxil olmalarına mane olur və Qərbdə Yaxın Şərq siyasəti barədə birmənalı təsəvvür yaradırlar.

"ABŞ - dakı Avropa lobbisinin təmsilçiləri başa düşürlər ki, İsrailin ərəb ölkələri ilə barışıq əldə etməsi onların ABŞ -ın Yaxın Şərq ilə bağlı siyasətinə təsirinə son qoyacaq", - deyə Məhəlli bildirib.

Onun sözlərinə görə, Amerikadakı Avropa lobbisi İsrailin mövqeyinin olduğu kimi qalması üçün bütün qüvvə və imkanlarını sərf edirlər və Buş siyasəti vasitəsilə İsrail ilə Suriya, Livan və Fələstin arasında sülhün imzalanmasına mane ola biləcəklərinə əmindirlər.

Məhəlli hesab edir ki, İsrailin tam inamı sayəsində, ABŞ Yaxın Şərqdəki rolunu möhkəmləndirir. O əlavə edib ki, Buş Administrasiyası regionda daimi mövcudluğu üçün bütün üsullardan istifadə edir, məsələn, İraqda müharibə, 2006 -cı ildə Livana müdaxilə.

San-Fransisko Universitetinin professoru Stiven Zyuns (Stephen Zunes) hesab edir ki, İsrail ilə barış Suriyaya dünya cəmiyyətinə inteqrasıya etmək və beləliklə, diplomatik blokadanı aradan qaldırmağa imkan verəcək.

"Suriyalıların ABŞ -ın bu danışıqlardakı roluna şübhə ilə yanaşmalarının səbəbi aydındır. Dəməşq hətta İsralin güzəştə getmək istəyəcəyi təqdirdə belə, Buş Administrasiyasının istənilən cəhdin qarşısını alacağından ehtiyatlanır", - deyə Trend a çərşənbə günü elektron poçt ilə Stiven Zyuns bildirib.

Zyuns qeyd edib ki, ABŞ dəfələrlə Suriya ilə danıqışıqların bərpa olunması məsələsində İsrailə dəstək göstərməkdən imtina edib. "İsrailin Baş naziri Ehud Olmert dəfələrlə bəyan edib ki, Qüds üçün ən pisi İsrailin ən mühüm müttəfiqi olan ABŞ -ın ona etiraz etməsidir", - professor yazır.

Suriyanın "Sana" agentliyinin bazar ertəsi verdiyi məlumata görə, İsrail ilə birbaşa danışıqlar məsələsində Bəşər Əsəd Nikolya Sarkozi ilə gözlənilən görüşünə böyük ümidlər bəsləyir. Suriya XİN -in məlumatlarına görə, görüş iyulun 14 - də Parisdə keçiriləcək. Olmert ilə görüş təklifinə Suriya prezidenti rədd cavabı verib.

Suriya ilə İsrail arasında danışıqlar səkkiz ildən sonra bərpa olunub. Suriyanın əsas tələbi 1967-ci il müharibəsi zamanı İsrail tərəfindən işğal olunan Colan yüksəkliklərinin qaytarılmasıdır.

İyun ayında Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilən danışıqların üçüncü raundu hər hansı bir nəticə verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti