...

Azərbaycanda 30 000 - dən çox aşağı seçki komissiyası üzvünü əhatə edəcək treninqlərə start verilir

Siyasət Materials 14 Avqust 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsi istiqamətində növbəti treninqlərə başlayır. "Ümumilikdə 30 000 - dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edəcək treninq prosesinin birinci mərhələsinə avqustun sonlarında yekun vurulacaq", - cümə axşamı Trend -a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Saryıevin sözlərinə görə, 2003 - cü ildən bəri keçirilən treninqlər yeni formatda təşkil ediləcək; treninqlərin hazırki mərhələsinə dairə seçki komissiyalarındakı trenerlərin aşağı seçki komissiyalarının üzvləri üçün treninq keçmələri nəzərdə tutulur. O xatırladıb ki, MSK-nın Avropa Şurası Venesiya Komissiyası ilə birgə gerçəkləşdirdiyi layihə çərçivəsində, hər dairə seçki komissiyasından 2 nəfər olmaqla, trenerlər hazırlanıb. Həmin trenerlər üçün treninq iyulun 15-dən başlayaraq, 4 gün müddətində davam edib. Bu müddət ərzində MSK-nın treninq qrupu və Venesiya Komissiyasının ekspertləri DSK tərəfindən təqdim olunan 250 mütəxəssisə seçkilər və təqdimat bacarıqları ilə bağlı müxtəlif mövzularda təlimlər keçiblər.

Sarıyev deyib ki, 15-16 avqustda MSK-nın ərazilərə cavabdeh nəzarətçi-trenerləri Dairə Seçki Komissiyalarındakı trenerlərlə görüşərək, son məlumatları və lazımi materialları onlara çatdıracaqlar. "Avqustun 18 - dən başlayaraq, məntəqə seçki komissiyaları üzvləri üçün treninqlər keçiriləcək. Bakı və Sumqayıtda treninqlər avqustun 22 - dən başalanacaq. Treninqlər zamanı əyani vəsaitlər məntəqə seçki komissiyalarının üzvlərinə təqdim olunacaq ki, bu vəsaitlər sırasına seçki günü üçün yaddaş, protokol nümunələri və s. daxildir" - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti