...

Gürcüstan prezidenti çərşənbə axşamı parlamentə illik hesabat təqdim edəcək

Siyasət Materials 16 Sentyabr 2008 19:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Prezident Mixail Saakaşvili çərşənbə axşamı Gürcüstan parlamentində illik hesabat təqdim edəcək. Gürcüstan parlamentində fövqəladə iclas keçiriləcək və ölkə prezidenti saat 20.00 - da iclasa gələcək, -parlamentin spikeri David Bakradze çərşənbə axşamı bəyan edib.

"Prezident parlamentə müraciətlə çıxış edəcək və ölkədəki problemlərin həlli, Rusiyanın təcavüzünün nəticələrini aradan qaldırmaqla bağlı fikirlərini təqdim edəcək", - o bildirib. İclas bir saat davam edəcək; reqlamentə görə, saat 21.00 - da başa çatmalıdır. Müxalifət sual - cavab formatına və debata təkid etsə də, prezidentin çıxışı bu formatda olmayacaq.

Cari həftə parlament dinləmələri üçün nəzərə tutulub və bununla əlaqədar olaraq, bu günkü iclas növbədənkənar olacaq. Prezidentin çıxışının məzmunu hələ məlum deyil. İclasın qapalı və ya açıq olacağı haqda da məlumat yoxdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti