...

Avropa İttifaqının yardımına ehtiyacımız yoxdur – Türkiyənin Baş naziri

Siyasət Materials 17 Sentyabr 2008 12:42 (UTC +04:00)

Dünən axşam Ankaradakı xarici ölkə səfirlərini iftar yeməyinə dəvət edən Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqının yardımına ehtiyacı olmadığını bildirib. Bu haqda Türkiyənin "Milliyət" qəzeti məlumat verib.

"Biz Avropa İttifaqından yardım istəmirik. Biz Aİ-nin digər üzv ölkələrə göstərdiyi münasibəti istəyirik", - deyə Türkiyə Baş naziri bildirib.Türkiyə-Avropa İttifaqı Üçlüyü xarici işlər nazirlərinin Brüssel danışıqlarına toxunan Ərdoğan Aİ-ni Türkiyəyə qarşı ədalətli münasibət göstərməyə çağırıb.

"Avropa İttifaqı bizi qəbul etmək istəmirdisə, bunu açıq bildirməli idi. Bunu bizə qabaqcadan niyə demirdilər?", - deyə Ərdoğan Aİ-nin münasibətinə öz etirazını bildirib.

Xəbər lenti

Xəbər lenti