...

Laricani: ABŞ-ın Maraqları Ofisinin Tehranda açılması ideyası "qeyri- müəyyəndir"

Siyasət Materials 21 Dekabr 2008 17:42 (UTC +04:00)
Laricani: ABŞ-ın Maraqları Ofisinin Tehranda açılması ideyası "qeyri- müəyyəndir"

İran, Tehran, 21 dekabr/ Trend , müxbir: Ə. Namdari/ İran Parlamentinin sədri ABŞ- ın Tehranda Diplomatik Ofisinin açılması ideyasını qaranlıq hesab edərək bildirib ki, o, buna ciddi əhəmiyyət vermir.

Trend - un İrandakı müxbirinin bildirdiyinə görə, İslam İnqilabının 30 illiyi münasibətilə "Daneşqahe Sənəte Şərif" Universitetində çıxış edən Laricani qeyd edib ki, "Mən bu məsələyə ciddi qiymət vermirəm, çünki, ola bilsin onun arxasında gizlin məqamlar olsun".

Laricaninin bəyanatı, ABŞ dövlət katibi Kandoliza Raysın Tehranda belə bir ofisin fəaliyyətə başlamasına ümidvar olduğunu bildirdikdən sonra səslənib.

Rays, ABŞ Xarici Əlaqələr Şurasındakı çıxışında qeyd edib ki, bu ofis ABŞ rəsmilərinin İran xalqı ilə təmas qurması üçün körpü ola bilər.

O, eyni zamanda deyib ki, İran rəsmilərinin bu ideya ilə razılaşıb- razılaşmayacaqlarını bilmir.

Bununla belə, Zagbi Təşkilatının keçirdiyi sorğunun nəticələri iranəsilli Amerika vətəndaşlarının 48 faizinin ABŞ- ın Diplomatik Ofisinin Tehranda açılmasını dəstəklədiklərini bildirir.

İranda ABŞ- ın Maraqlarının Qorunması Ofisinin yaradılması layihəsi ilk dəfə bir sıra Amerika KİV- ləri tərəfindən səslənib.

Hal- hazırda belə bir ofis İsveçrənin Tehrandakı səfirliyi nəzdində fəaliyyət göstərir; lakin bu ofisin bütün işçiləri İsceçrəlidirlər.

ABŞ Dövlət Departamentində məlumatlı mənbələr bildirirlər ki, hal- hazırda ABŞ professional və təcrübəli diplomatlarını Tehrana göndərməyi nəzərdə tutur.

Bu addım tam diplomatik münasibətlərin qurulması demək deyil, ancaq, bu ofis ABŞ- a səfər üçün viza verə bilər.

Əvvəllər, bir sıra ABŞ-ın nüfuzlu demokrat  senatorları bu ölkənin prezidentinə məktub göndərərək Amerikanın maraqlarını təmsil edən ofisinin Tehranda açılması ideyasını müdafiə ediblər.

Senatorlar Dik Derbin, Con Keri, Patrik Lihi, Ras Fayn Geld, Dayan Fayn Stayn və Peti Mori həmin məktubu imzalayıblar.

Bu məktubda deyilir: "İranda məhdud diplomatik mövcudluq Tehranın qərarlarının qəbuluna təsir edəcək bizim bu ölkədə siyasi rəqabət haqqında reallıqları baça düşməyimizə kömək edir".

İranla ABŞ arasında diplomatik əlaqələr 1978- ci il İnqilabından və Tehranda ABŞ səfirliyi "İmamın kursunun davamçıları olan tələbələr" tərəfindən ələ keçirildikdən sonra dayandırlıb.

Xəbər lenti

Xəbər lenti