...

Obamanın "nüvə" təklifi – Trend News-un icmalçısı

Siyasət Materials 6 Fevral 2009 09:03 (UTC +04:00)
Obamanın "nüvə" təklifi – Trend News-un icmalçısı

Aynur Qasımova, Trend -un Avropa redaksiyasının rəhbəri

Demokrat Barak Obamanın ABŞ-da hakimiyyətə gəlişi ilə onun seçkiöncəsi vədləri dərhal yerinə yetirilməyə başladı.

Obama dəfələrlə demişdir ki, prezident seçkilərində qələbə qazanacağı təqdirdə raket əleyhinə sistemin (RƏM) maliyyələşdirilməsinə qarşı çıxacaq. "Mən milyardlarla dollar əlavə xərcləri azaldacam. RƏM sistemlərinə investisiyaları azaldacam və kosmosda silahları yerləşdirməyəcəm" - deyə Obama 2007-ci ilin oktyabrında etdiyi çıxışlardan birində bildirib.

Obamanın sülhpərvər planları sələfi Corc Buşun siyasətindən xeyli fərqlənir. Ağ Evin yeni administrasiyasının siyasətindəki önəmli fərqliliklərdən biri Rusiya ilə "axsayan" münasibətləri düzəltməkdir. Bunun üçün ABŞ prezidenti hətta öncəki administrasiyanın fiks ideyası olan RƏM sisteminin Avropada yerləşdirilməsi prosesini ləngitməyə hazırdır.

Əgər problemin kökünə nəzər salınsa, aydın olur ki, Obamanın dostluq siyasəti daha bir məqsədi güdür. İş ondadır ki, böhranla üz-üzə qalan ABŞ iqtisadiyyatı üçün hazırda Avropada RƏM sisteminin quraşdırılmasına pul xərcləmək sərfəli deyil.

Obamanın Rusiyaya tərəf növbəti jesti ABŞ prezidentinin gözlənilməz təklifi olub. Times qəzetinin çərşənbə günü yazdığına görə, Obama Rusiyaya nüvə silahlarının həcmini 80 faiz azaltmağı təklif edəcək.

 

Nəşrin əldə etdiyi məlumata görə, Ağ ev rəhbərinin radikal planına əsasən həm ABŞ, həm də Rusiyanın nüvə başlıqlarının sayı minə enməlidir, yəni düz beş dəfə azalmalıdır. Times qəzetinə görə, Obamanın RF ilə danışıqlarda təşəbbüsünün əsas faktoru rolunda Buş administrasiyasının Şərqi Avropada RƏM elementlərinin yerləşdirilməsi planına yenidən baxmaq olacaq.

Şübhəsiz ki, bu, dəyəri eyni olmayan bir təklifdir. Qitədə yerləşən ABŞ silahlaların sayını azalda bilər. Coğrafi nöqteyi-nəzərdən ABŞ-a hücum etmək çətindir, bu üzdən də minlərlə nüvə başlığını "hər ehtimala qarşı" saxlamaq tələb olunandan da çoxdur.

Rusiya isə fərqli durumdadır. O bir tərəfdən üçüncü nüvə dövləti olan Çinlə qonşudur, digər tərəfdən isə "gizli" nüvə ölkəsi olan İranın qabağını alır. Belə halda min nüvə başlığı bir qədər qeyri-ciddi səslənir.

Çin nüvə qüvvələrinin əsasını Dong Feng raketləri təşkil edir. Onların radiusu 600 km-dən çox deyil. Yəni həmin raketlər ABŞ üçün təhlükəli olmasa da, Rusiyaya çata bilərlər. Heç şübhəsiz ki, sərfəli coğrafiyadır.

Halbuki diplomatik nöqteyi-nəzərdən hər şey münasib görünür. Dekabrda Strateji Hücum Silahlarının (SHS-1) məhdudlaşdırılmasına dair Müqavilənin müddəti bitir. 1991-ci ildə imzalanan bu sənədə əsasən iki ölkə öz nüvə ehtiyatlarını on mindən beş minədək azaltmalı idi. Elə bu məqamda yeni müqavilə ilə bağlı unikal təklif ortaya çıxır.

Məqamın incəliyi ondan ibarətdir ki, ABŞ yalnız Avropadakı üçüncü istehkam rayonunun yaradılmasının ləngidilməsindən danışır. Söhbət heç də bu ideyadan imtina edilməsindən getmir.

"Obamanın təklif etdiyi nüvə başlıqlarının həcmi Rusiya üçün kifayət etmir ki, o ABŞ-ın qarşısını alsın" - deyə Moskvanın siyasi və hərbi analiz institutunun eksperti Aleksandr Xramçixin düşünür (RBK daily). Amerikalılar öz nüvə silahını istifadə etmədən belə Rusiyanın ixtisara salınmış arsenalını sıradan çıxara bilərlər. "Rusiyanın nüvə qüvvələrinin əsasını təşkil edən şaxta əsaslı raketləri ABŞ yüksək dəqiqliyə malik qeyri-nüvə zərbələri vasitəsi ilə məhv edə bilər. Rusiyanın buraxa biləcəyi raketlərə gəldikdə isə onlar ABŞ-ın RƏM sistemi tərəfindən vurulacaq" - deyə Xramçixin izah edib.

Gələcəyə baxsaq, Obamanın "dostluğu" artıq həqiqət görünmür. İndi Rusiya nüvə arsenalının azaldılmasına razılıq verməklə, gücünü artıran Çin qarşısında zəif hala düşəcək. Beş ildən sonra isə ABŞ Avropadakı üçüncü istehkam rayonunu yaradacaq.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti