...

Mərkəzi Asiyanın su problemini həll etmək üçün ölkələr danışıq masası arxasına oturmalıdırlar

Siyasət Materials 13 Aprel 2009 13:46 (UTC +04:00)
Mərkəzi Asiyanın su problemini həll etmək üçün ölkələr danışıq masası arxasına oturmalıdırlar

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir V.Javoronkova /

Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərdə "su problemi" ilə bağlı gərginlik olmayacaq, ancaq bunun üçün ölkələr bu məsələni birgə nəzərdən keçirməlidirlər, ekspertlər belə hesab edirlər.

Mərkəzi Asiya ölkələrinin nümayəndələri aprelin 28-də Qazaxıstanda, Almatıda keçiriləcək Aralın xilas edilməsi Beynəlxalq Fondunun (AXBF) iclasında iştirak edəcəklər. İclasda regionun su təminatı problemlərinin müzakirə edilməsi gözlənilir. Müşahidəçilərin fikrincə, ölkələr bu tədbirin hazırlıqlarına artıq başlayıblar.

Məsələn, çərşənbə günü Türkmənistan və Özbəkistan prezidentləri regionun ölkələri üçün ümumi olan su probleminə, eləcə də Aralın probleminin həllinə yeni yanaşmaların hazırlanması üzrə birgə səylərin vacibliyini vurğulayıblar.

Su problemi ondan ibarətdir ki, regionun iki əsas suvarma çayı olan Amudərya və Sırdərya Özbəkistan, Qazaxıstan və Türkmənistana çatmazdan əvvəl Tacikistan və Qırğızıstandan keçir və suyun əsas hissəsini itirir. Su çatışmazlığından ən çox kənd təsərrüfatının əsasını pambıq təşkil edən Özbəkistan əziyyət çəkir.

Qırğızıstan və Tacikistanda isə elektrik enerjisi çatmır və bu ölkələrin xammal çatışmazlığı üzündən İES-lər vasitəsilə suyu generasiya etmək imkanı yoxdur. Buna görə də enerji əldə etmək üçün ölkələr sudan yararlanır və hazırda əlavə SES-lərin - Roqun və Kamarata HES-lərinin tikilməsinə ehtiyac duyurlar.

Bu, suyun Özbəkistana daha da az ötürülməsinə gətirib çıxara bilər ki, öz növbəsində bu, ölkə hökumətini narahat edir və region ölkələri arasında gərginliyi artırır.

Qazaxıstanın isə yaxşı inkişaf etmiş iqtisadiyyatı olduğundan su problemi olsa belə, qonşuları Qırğızıstan və Tacikistanla münasibətləri korlamaq istəmir.

"Tacikistanda tikilməsi planlaşdırılan SES-in tikintisi Qazaxıstana heç cür təsir etməyəcək. Yalnız Qırğızıstanda tikilən SES Qazaxıstanın cənubuna təsir edə bilər", - Mərkəzi Asiyanın su problemləri üzrə müstəqil ekspert Zainiddin Karayev hesab edir.

Ötən həftənin sonunda Qazaxıstanın Baş naziri Özbəkistana səfər edib. Burada o, başqa məsələlərlə yanaşı, regionun su-enerji problemlərini prezident İslam Kərimovla müzakirə edib.

Bu səfər Qazaxıstan və Özbəkistan arasında "su problemi" üzündən gərginləşmiş münasibətlərin mümkün yumşalması kimi nəzərdən keçirilir.

"Ola bilər ki, Qazaxıstan və Özbəkistan bir-biri ilə münasibətlərdə kəsişmə nöqtəsi axtarırlar", - Asiya üzrə avropalı ekspert Jos Bunstra hesab edir.

Ekspertlər bu faktoru müsbət qiymətləndirirlər.

"Düşünürəm ki, istənilən regional, o cümlədən də Qazaxıstan və Özbəkistan arasındakı əməkdaşlıq səmərəli olacaq", - Trend -a telefonla Madriddən Bunstra deyib.

"Regionun su-enerji məsələlərinin də daxil olduğu, çoxdan həll olunmalı problemlər üzrə region ölkələrinin münasibətlərindəki yaxınlaşmanı yalnız alqışlamaq olar", - Trend -a elektron poçtla Mərkəzi Asiyanın su problemi üzrə ekspert Anvar Kamoliddinov bildirib.

"Elektrik stansiyalarının tikintisi ölkələr arasındakı münasibətləri çətinləşdirməyəcək", - ekspertlər hesab edirlər.

"Məncə bu, onların münasibətlərinin gərginləşməsinə gətirib çıxarmaz", - Trend -a elektron poçtla Karayev deyib.

Ancaq regionun su təminatı problemini, ekspertlərin fikrincə, Özbəkistan və Qazaxıstan arasında deyil, məsələyə aidiyyatı olan bütün tərəflərin iştirakı ilə həll etmək lazımdır.

"Danışıqların regionun bütün ölkələri, xüsusilə də suyun əsas hissəsinin toplandığı Qırğızıstan və Tacikistanın da iştirakı ilə aparılması daha məntiqlidir", - Bunstra deyib.

Beynəlxalq konvensiyalar və başqa beynəlxalq hüquqi mənbələr su anbarlarının tikintisini qadağan etmir, əməkdaşlığa və mübahisəli məsələləri məsləhətləşmələr və danışıqlar yolu ilə həll etməyə çağırır.

"Transsərhəd çaylarının dövlətlərarası idarə edilməsi üzrə beynəlxalq təcrübə göstərir ki, su-enerji resurslarının razılaşdırılmış idarə edilməsi sərhəd ölkələrə razılaşdırılmamış idarəetmədən daha çox xeyir gətirir", - Mərkəzi Asiya ölkələrinin su təsərrüfatı koordinasiya komitəsinin elmi-informasiya mərkəzinin Tacikistan filialının aparıcıl elmi işçisi Kamolidinov hesab edir.

"Aral-Xəzəryanı ölkələrin nəhayət bunu başa düşdüklərinə və regionun bütün ölkələrinin rifahı naminə Amudərya və Sırdərya çaylarının yuxarı hissələrində su anbarları və SES-lərin tikintisində birgə iştirak etmə məsələsindəki mövqelərini razılaşdıracaqlarına ümid var", - Kamolidinov qeyd edib.

Məqalənin yazılmasında iştirak edib Е.Оstapenko

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti