...

Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ problemi ilə bağlı dialoqun tərəfdarıdır

Siyasət Materials 22 Aprel 2009 15:19 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ problemi ilə bağlı dialoqun tərəfdarıdır

Azərbaycan, Bакı, 22 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ problemi ilə bağlı dialoq keçirilməsinin tərəfdarıdır.

"Biz həmişə ümummilli məsələlərin müzakirəsi üçün nəzərdə tutulan dialoqlarda iştirak etmişik", - çərşənbə günü Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. 

Trend -un arayışı: Azərbaycanın müxalif Demokrat Partiyası həftənin əvvəlində ölkənin bütün siyasi partiyalarının iştirakı ilə dialoq keçirilməsi təşəbbüsü ilə çıxış edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Novruzovun sözlərinə görə, hakim partiya parlamentdə təmsil olunan partiyalarla dialoqu indi də davam etdirir.

"Hesab edirik ki, bu dialoqa digər partiyalar da qoşula bilərlər. Parlamentdə təmsil olunan partiyalarla növbəti tədbirimiz ermənilərin qondarma soyqırım iddialarının əleyhinə olaraq sabah Qubada keçiriləcək. Ermənilərin 1918-ci ildə amansızlıqla qətlə yetirdiyi insanların məzarlığı ziyarət ediləndən sonra siyasi partiyaların iştirakı ilə dəyirmi masa keçirəcəyik", - millət vəkili əlavə edib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti